- Oyun sürətli tempdə başladı. Rəqibə qol lazım idi, əlbəttə, bizim də buna ehtiyacımız var idi. Onlar qol vursaydı, bizim üçün çətin olacaqdı. İlk hissədə şanslarımız olduq, bir qol vura bildik. Fasilədən sonra rəqib hücumlarda aktivləşdi. Ona görə də şanslardan yararlandıq.
Sportsnet.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futboluçusu Mahir Emreli İrlandiya "Dandolk"unu 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
22 yaşlı hücumçu jurnalistlərin digər suallarını da cavablandırıb.
- Epizodlar qaçdıqca düşünmürdünüz ki, baha başa gələ bilər. Çünki İrlandiyadakı oyun belə olmuşdu...
- Meydanın şəraiti də orada fərqli idi. Bir az həyəcanlanıb, ehtiyat edirdik. Şükürlər olsun ki, böyük hesabla qalib gəldik.
- Bir neçə qol şansını qaçırdın. Bu, üzərində çox təzyiq olması ilə bağlıdır?
- İlk oyunda qol vurmuşdum. Biz bunun üzərində məşqlərdə işləyirdik. İlk vəziyyətdə düzgün qərar verdim, uzaq küncə vurdum, amma rəqib qapıçı çıxardı. Bu gün mənim günüm deyildi.
- APOEL-i keçmək nə dərəcədə realdır?
- Qol vurduqca özünə inam gəlir. İstəyərəm ki, qol vurum. Ancaq əsas olan komandanın uğurudur. Son dünya çempionatında Fransa yığmasının hücumçusu Olivye Jiru turnir ərzində səhv etmirəmsə, qapıya zərbə vurmamışdı. Amma fransızlar çempion oldu.
- Yəni, deyirsən ki, qol vurmayım, amma “Qarabağ” ÇL-in qrupuna düşsün?
- Məncə, bu, hamımızı sevindirər. Qol vurub düşsək, daha yaxşı olar.