 

Azərbaycan milli komandasının Avro-2016-nın seçmə
mərhələsində çıxışıyla əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən
"İnter" komandası hazırlıqlarını davam etdirir. Sportnet.az-ın məlumata
görə, "İnter
Arena" stadionunda bu gün məşqə çıxan komanda üzvləri isinmə
hərəkətlərindən sonra müxtəlif tapşırıqlar üzərində çalışıblar.
	
	
Xatırladaq
ki, noyabrın 13-də komanda Zaqatalanın "Simurq" klubuyla
qarşılaşacaq. Yoxlama
matçı "İnter Arena" stadionunda baş tutacaq. Qarşılaşma saat
17.00-da başlayacaq.
	
	
Qeyd edək ki, zədə üzündən bir müddət meydançadan uzaq qalmış Baçana Tsxadadze də artıq Bakıdadır və gürcüstanlı hücumçu dünəndən etibarən fərdi məşq edir.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    























































