Azərbaycan Premyer Liqasının ilk turunda “Qəbələ” ilə qarşılaşacaq “Sumqayıt” hazırlıqlarını davam etdirir.
Sportnet.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu gün “Kapital Bank Arena”nın ehtiyat meydançasında övbəti məşqini keçirib.
Tam heyətlə hazırlıq prosesini keçən kollektivə əvəzedici heyətdən də bir neçə futbolçu cəlb olunub. Təxminən 1.5 saat davam edən məşqdə yüngül fiziki hazırlıq və topla müxtəlif hərəkətlər üzərində çalışılıb. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, ilk turda baş tutacaq olan “Qəbələ” – “Sumqayıt” qarşılaşması 17 avqust, saat 19:00-da Qəbələ şəhər stadionunda keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.