İsraildə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək "Bney Yehuda" və "Neftçi" komandalarının start heyətləri açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Yozef Abuksis ilk "11-lik"də ilk oyunla müqayisədə heç bir dəyişiklik etməyib. Onun qonaq komandadakı həmkarı Roberto Bordin isə Voyislav Stankoviç və Vangelis Platellası ehtiyata göndərib. Əvəzində start heyətə Mamadu Mboc və Mamadu Kane daxil edilib.
"Bney Yehuda": 1. Emiliyus Zubas, 3. Din Mori (K.), 5. Daniel Felçer, 6. Amir Rustom, 8. Şay Mazor, 9. Dor Yan, 11. Mohammed Qadir, 16. Avişay Koen, 19. İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 2. Dor Elo, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimon, 77. Şimşon Şemor Tsaadon
Baş məşqçi: Yozef Abuksis
"Neftçi": 1. Səlahət Ağayev, 3. Mamadu Mboc, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (K), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voislav Stankoviç, 7. Namik Ələsgərov, 9. Baqali Dabo, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov
Baş məşqçi: Roberto Bordin
Qeyd edək ki, Petar-Tikvada şəhərindəki "Ho Moşava" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.