
Azərbaycan Premyer Liqasının ilk turun daha bir qarşılaşması oynanılıb.
Sportnet.az-ın məlumatına görə, ötən mövsüm ölkə kubokunun qalibi olan "Qəbələ" finalda məğlub etdiyi "Sumqayıt"ı qəbul edib. Rauf Cabbarovun idarə edəcəyi matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Qəbələ şəhər stadionunda təşkil olunmuş matçda hər iki qolu qonaq komandanın yeni transferi Mehdi Şərifi vurub. Açılış oyunundakı kimi, yenə qırmızı vərəqə qeydə alınıb. "Qəbələ"nin futbolçusu Asif Məmmədov matçın sonlarında meydandan qovulub.
Bu, "Sumqayıt"ın "Qəbələ" üzərində ilk səfər qələbəsi olub. Digər tərəfdən, "gənclik şəhəri" təmsilçisi ölkə kubokunun finalında 0:1 hesabı ilə uduzduğu "qırmızı-qaralar"dan əvəz çıxmağı bacarıb.
Qeyd edək ki, açılış matçında "Keşlə" "Qarabağ"a 0:1 hesabı ilə uduzub. Meydan sahibləri Emin Mehtiyevin qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.
-------
Sənan Qurbanovun rəhbərlik etdiyi kollektivin heyətində yetəri qədər dəyişiklik olub. "Qəbələ" bəzi aparıcı futbolçuları ilə yollarnı ayırsa da, Sadiq Quliyev, Kamal Mirzəyev (hər ikisi "Zirə"), Fernan Ferreyra Lopes ("Barakaldo", İspaniya), Tərlan Əhmədli ("Sabah"), Merab Qiqauri ("Torpedo", Kutaisi, Gürcüstan), Kristian Kouakou ("Karvina", Çexiya), Klesio Bauk (“İstanbulspor”, Türkiyə), İvitsa Yuniç ("Atırau", Qazaxıstan), Yusif Nəbiyev, Ülvi İskəndərov (hər ikisi "Sumqayıt": icarədən qayıdıb) kimi oyunçularla güclənib.
Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda isə Vüqar Mustafayev ("Zirə"), Amil Yunanov, Sərtan Taşqın (hər ikisi "Keşlə"), Elgün Nəbiyev ("Sabah": icarəyə) və Mehdi Şərifini ("Persepolis", İran) heyətinə qata bilib.
Komandalar bu vaxta qədər çempionatda 28 dəfə üz-üzə gəliblər. Bunlardan 17-də "Qəbələ", 3-də isə qonaqlar meydanı üç xalla tərk edib. 8 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də meydan sahiblərinin aşkar üstünlüyü var - 47:21.
"Qəbələ" rəqibinə qarşı evdə keçirdiyi bütün çempionat matçlarında qol sevinci yaşayıb. "Gənclik şəhəri" təmsilçisi isə səfərdə heç vaxt rəqibini məğlub edə bilməyib.
Qeyd edək ki, turun digər oyunlarından "Səbail" - "Zirə" matçı avqustun 18-də, "Neftçi" - "Sabah" dueli isə avqustun 19-da olacaq.
17 avqust (şənbə)
19:00. “Qəbələ” – “Sumqayıt” - 0:2
Qollar: Mehdi Şərifi, 13; 29
Qırmızı vərəqə: Asif Məmmədov, 84 ("Qəbələ")
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
Qollar: Mehdi Şərifi, 13, 29
Qırmızı vərəqə: Asif Məmmədov, 84-iki sarı vərəqə ("Qəbələ")