İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aleksis Sançes karyerasını İtaliya təmsilçisi “İnter”də davam etdirəcək.
Sportnet.az “Sky Sports”a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu avqustun 20-də Milanda tibbi baxışdan keçəcək. O, yeni komandasında 1 illik icarə əsasında oynayacaq.
Çilili forvardın 550 min avro təşkil edən həftəlik maaşının yarısını “İnter”, yarısını isə “Mançester Yunayted” ödəyəcək. Sözləşməyə əsasən, italiyalılar 2019/2020 mövsümü başa çatandan sonra onu 15 milyon avroya ala bilərlər.
Qeyd edək ki, “İnter” bir müddət əvvəl “Mançester Yunayted”dən belçikalı hücumçu Romelu Lukakunu 84 milyon avroya transfer edib.