“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi 29 yaşlı hücumçu Rocer Roxasla anlaşıb. Honduraslı oyunçu ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, Rocer Roxas karyerası ərzində ölkəsinin “Olimpiya” (2008-2014, 2015/16), Səudiyyə Ərəbistanının “Əl-İttifaq” (2014), Meksikanın “Nekaksa” (2014/15) və “Simarrones” (2016/17) klublarında çıxış edib. O, son oalraq Kosta-Rikanın “Alaxuelense” klubunun formasını geyinib. Roxas Honduras millisində 32 oyun keçirib və 3 qol vurub.