Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun rəmzi komandası müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "11-liy"ə "Qarabağ" və "Sumqayıt"ın 4, "Səbail"in 2, "Neftçi"nin isə bir futbolçusu düşə bilib.
Həftənin oyunçusu isə "Qarabağ"ın gənc yarımmüdafiəçisi İsmayıl İbrahimli seçilib.
Qapıçı: Mehdi Cənnətov-256 (“Sumqayıt”)
Müdafiəçilər: Faysal Rerras-269 (“Qarabağ”), Eriko Da Silva-271 (“Səbail”), Elvin Bədəlov-271 (“Sumqayıt”), Abbas Hüseynov-251 (“Qarabağ”)
Yarımmüdafiəçilər: İsmayıl İbrahimli-312 (“Qarabağ”), Fəhmin Muradbəyli-299 (“Səbail”), Soni Mustivar-303 (“Neftçi), Sərtan Taşqın-280 (“Sumqayıt”)
Hücumçular: Maqaye Qeye-229 (“Qarabağ”), Mehdi Şərifi-283 (“Sumqayıt”)
Qeyd edək ki, həftənin rəmzi komandası “InStat”ın təhlilinə əsasən bəlli olur. Oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksidir.