Türkiyənin "Beşiktaş" komandasından ayrılan Rikardu Kuarejmanın yeni komandası müəyyənləşib.
Sportnet.az "TRT Spor"a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Türkiyənin "Kasımpaşa" klubuna keçib. Portuqaliyalı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmir.
Qeyd edək ki, Rikardu Kuarejma 2010 - 2012-ci illərdə və 2015-ci ildən "Beşiktaş"ın formasını geyinib.