"Bəzən matçdan sonra isti başla hakimlikdə bağlı narazılıqlar olur. İkinci qol epizodunda ofsayd olub-olmaması mənim üçün maraqlıdır".
Sportnet.az-ın məlumatına görə, bunu Şimali İrlandiya "Linfild"inin baş məşqçisi Devid Hili Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları pley-off mərhələsinin cavab oyunundan sonra deyib. Gənc mütəxəssis bildirib ki, baş hakim bəzi epizodlarda "Qarabağ"ın lehinə qərarlar qəbul edib: "Əlbəttə, qrupa düşmək istərdik. "Qarabağ"ı təbrik edirəm və onların güclü olduğunu qəbul edirəm. Ancaq bizim futbolçulara da təbrik düşür. Layiqli mübarizə apardılar. Biz yarımpeşəkar komandayıq, futboldan pul qazanmırıq. Bizim necə çıxış etməyimizə "Qarabağ" qiymət verə bilər. Belfastdakı matçımızı görsəydiniz, dağınıq futbol oynadığımızı deməzdiniz. Bakıda bizi xoş qarşıladılar. Bütün "Linfild" adına rəqibi təbrik edir və uğurlar arzulayıram".
Baş məşqçi bildirib ki, topa çox sahib ola bilməyəcəklərini öncədən təxmin ediblər: "Yenə deyirəm, biz yarımpeşəkar komandayıq. Bu gün komandamızdan bir nəfəri seçmək çətindir. "Qarabağ"da isə aydın məsələdir. Dünən adlar çəkmişdim".