Türkiyə milli komandasının sabiq futbolçusu Volkan Dəmirəl karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, “Fənərbağça”da çıxış edən 37 yaşlı qapıçısı “transfer pəncərəsi”nin son günündə gələcəyi ilə bağlı vacib qərar verib.
“Sarı-lacivərdlilər”in rəzmlərindən birinə çevrilən veteran klubla yeni, fərqli müqavilə bağlayıb. O, “Fənərbağça”nın məşqçilər korpusunda yer alacaq. Uzun illər həm yığma, həm klubunun uğurlarında pay sahibi olan Dəmirəllə vida tədbiri də təşkil olunacaq. Bu mərasimin tarixi və detalları hələ dəqiqləşməyib.
Qeyd edək ki, 2002-ci ildən “Fənərbağça”da çıxış edən qapıçı 5 çempionluq, 2 kubok, 3 Superkubok qazanıb, 2004—2014-cü illərdə formasını geyindiyi milli ilə Avropa çempionatının bürünc mükafatçısı olub.