
"Qarabağ" komandası "Neftçi" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının IV tur matçının hazırlıqlarına sentyabrın 6-da başlayacaq.
Sportnet.az-ın Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 1-də "Səbail"ə səfərdə 4:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra kollektivə 5 günlük istirahət verilib. Futbolçulardan bir qrupu milli komandaların düşərgəsinə yollanıb.