Qazaxıstanın "Tobol" klubu qapıçı Emil Balayevin Azərbaycan millisinin heyətində Xorvatiya yığmasına qarşı AVRO-2020-nin seçmə matçındakı inamlı çıxışına biganə qalmayıb.
Sportnet.az-ın məlumatına görə, Kostanay təmsilçisinin rəsmi saytı 25 yaşlı qolkiperin dəfələrlə millini qoldan xilas etdiyini yazıb.
"Balayev yığmada rəsmi matçda çıxış etdi. O, inamla oynayaraq, yığmanı dəfələrlə xilas etdi. Xorvatiya yalnız penaltidən qol vura bildi. Emil 90 dəqiqə oynadı" deyə yazıda vurğulanıb.
Qeyd edək ki, Azərbaycan - Xorvatiya matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib.