
Fransanın "Nitsa" klubunun futbolçusu Lamin Diabi komanda yoldaşı Kasper Dolberqin bahalı saatını oğurlamaqda şübhəli bilinir.
Sportnet.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, sentyabrın 23-də "Nitsa" komandasının soyunub-geyinmə otağından 70 min avro dəyərindəki saat yoxa çıxıb. Hələlik 18 yaşlı hücumçu əsas şübhəlidir.
Oyunçunun günahı sübut olunacağı təqdirdə, klub onunla müqaviləni ləğv edəcək. Bildirilib ki, Diabi hadisə ilə bağlı ifadə verməli və komandanın qərar verəcəyi məhkəmə iclasında iştirak etməlidir.
Qeyd edək ki, Lamin Diabi "Nitsa"nın yetirməsidir.