
Futbol üzrə Azərbaycan I Divizionunda 5-ci tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. "Qarabağ-2" səfərdə "Qaradağ Lökbatan"ı məğlub edib - 1:0. "Neftçi-2 isə "Sabah-2"yə uduzub. Digər görüş isə qolsuz yekunlaşıb.
26 sentyabr
"Səbail-2" – "Zaqatala" - 0:0
"Qaradağ Lökbatan" – "Qarabağ-2" - 0:1
Qol: İzzət Müştaqov, 45+1.
"Neftçi-2" – "Sabah-2" - 1:2
Qollar: Hüseyn Hüseynzadə, 20 – Vadim Abdullayev, 39. Murad Bağırov, 76.