
Azərbaycan Premyer Liqasında VIII turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "ASCO Arena"da "Səbail" "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. İlk topu 47-ci dəqiqədə Peyman Babayi vurub. Uzatma dəqiqələrində isə Elvin Cəfərquliyev yekun nöqtəni qoyub.
"Sumqayıt" bu qələbə sayəsində xallarını 10-a çatdırıb və "Zirə"ni geridə qoyaraq, 5-ci pilləyə yüksəlib. "Gənclik şəhəri" təmsilçisi eyni xala malik "Səbail"dən yalnız şəxsi göstəricilərdə geri qalır.
Qeyd edək ki, turun ilk 3 oyununda "Qəbələ" "Qarabağ"la, "Keşlə" "Sabah"la heç-heçə edibsə, "Neftçi" "Zirə"yə böyük hesabla qalib gəlib - 3:0.
---------------------------
Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Neftçi" "Zirə"ni qəbul edib. "Bakcell Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin heyətində Dario Frederiko 27-ci dəqiqədə hesabı açıb. İkinci yarı başlayan kimi flaqmanın hücumçusu Baqali Dabo fərqi artırıb. Həm Frederiko, həm də Dabo bu mövsüm çempionatda ilk qolunu vurub. 77-ci dəqiqədə isə Stiven Monroz 3-cü qolu rəqib qapısından keçirib. Bununla da Monroz 4-cü qoluna imza ataraq bombardilər siyahısında şərikli liderliyini davam etdirib.
Digər tərəfdən, matç "Zirə"nin yeni baş məşqçisi Zaur Həşimovun bu postda ilk rəsmi oyunu olub.
Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib və lider "Qarabağ"la xal fərqini 8-ə endirib. "Zirə" isə 8 xalla 5-ci yerdə qalıb.
Qeyd edək ki, VIII tura bu gün keçiriləcək "Səbail" - Sumqayıt" matçı ilə yekun vurulacaq. İlk oyun günündə "Qarabağ" səfərdə "Qəbələ" ilə, "Sabah" isə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib.
--------------------
Bu gün Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə iki matç baş tutacaq. “Neftçi” “Zirə”ni, “Səbail” “Sumqayıt”ı qonaq edəcək. İlk oyun günündə "Qarabağ"la "Keşlə"nin xal itkilərindən sonra "Neftçi" və "Səbail"in turnir cədvəlində irəliləmək və liderə yaxınlaşmaq imkanı yaranıb. Bunun üçün hər iki meydan sahibi qələbə qazanmalıdır.
İndiyədək "Neftçi" və "Zirə" 17 dəfə üz-üzə gəlib. Bunların 3-də flaqman, 9-da qəsəbə təmsilçisi qələbə qazanıb, 5 oyun isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "qartallar" üstündürlər - 21:15. “Zirə” "Neftçi" ilə son iki qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Neftçi”nin meydanındakı son 5 matçda hər iki komanda qol vurub.
Bu, həm də Zaur Həşimovun "Zirə"nin baş məşqçi postunda ilk rəsmi oyunu olacaq. O, çempionatın ilk dövrəsindən sonra istefaya göndərilmiş Samir Abasovu əvəzləyib.
"Səbail" və "Sumqayıt" komandaları isə 10-cu dəfə qarşılaşacaqlar. Əvvəlki matçların 4-də paytaxt, 3-də "gənclik şəhəri" təmsilçisi qələbəyə nail olubsa, 2 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Səbail" öndədir - 9:6. “Sumqayıt” son üç oyunda qalib gələ bilməyib. “Səbail” son iki ev matçında qol buraxmayıb.
Qeyd edək ki, turun ilk oyun gündə "Qarabağ" "Qəbələ" ilə, "Keşlə" isə "Sabah"la 1:1 hesablı heç-heçə edib.
Premyer Liqa, VIII tur
20 oktyabr (bazar)
17:00. “Neftçi” – “Zirə” - 3:0
Qol: Dario Frederiko, 27. Baqali Dabo, 46. Stiven Monroz, 77
Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”
19:30. “Səbail” – “Sumqayıt” - 0:2
Qollar: Peyman Babayi, 47. Elvin Cəfərquliyev, 90+4
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”.