Kiprin APOEL klubu UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la matç üçün hazırlıqlara başlayıb.
Sportnet.az "Protathlima" nəşrinə istinadən xəbər verir ki, Nikosiya təmsilçisi oyunun keçiriləcəyi GPS stadionunu 5 min Yunanıstan bayrağı ilə doldurmaq niyyətindədir.
Bu, adının açıqlanmasını istəməyən sponsor tərəfindən reallaşdırılacaq.
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi bu komanda ilə III tur matçında (2:2) tribunalara 30 min Azərbaycan bayrağı yerləşdirib.