AFFA İntizam Komitəsi "Səbail" klubunu 2400 manat məbləğində cərimələyib.
Sportnet.az-ın məlumatına görə, buna səbəb X turda "Keşlə" ilə ev matçının gec başlamasıdır. Qarşılaşma "Səbail"in gecikməsi səbəbindən oyun 3 dəqiqə yubanıb.
Matç başa çatandan sonra "Səbail"in futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olub. Bu səbəbdən, kluba daha 1600 manat cərimə kəsilib.
Qeyd edək ki, görüş qolsuz yekunlaşıb - 0:0.