"Qəbələ" klubunun yeni baş məşqçisi böyük ölçüdə müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, komandanın sükanı arxasına İvaylo Petevin gətiriləcəyi gözlənilir.
Ötən gün Fransanın paytaxtı Parisdə bolqarıstanlı mütəxəssislə klub rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Petevin "Qəbələ" klubu və akademiyasının strateji inkişafı istiqamətində fikirləri dinlənilib. Onun cəmi 38 yaşının olmasına baxmayaraq, baş məşqçi kimi Bolqarıstan "Ludoqorets"i ilə 2 dəfə ölkə çempionluğu, eləcə də kubok və Superkuboku qazanması, hazırkı klubu Kipr AEL-inə isə vitse-çempionluq bəxş etməsi, eləcə də gənc mütəxəssis kimi gələcəyə yönəlik fikirləri yüksək qiymətləndirilib. Qərara alınıb ki, hər hansı ciddi problem ortaya çıxmasa, "Qəbələ"nin sükanı arxasına məhz o gətirilsin.
Amma AEL-lə daha bir il müqaviləsinin qüvvədə olması Petevin gəlişini bir neçə gün ləngidəcək. Gənc mütəxəssis Kipr təmsilçisi ilə müqaviləsini pozacağı təqdirdə, Qəbələyə gələcək və onunla 2 il müddətinə müqavilə bağlanılacaq.

Qeyd edək ki, "Qəbələ"nin yeni baş məşqçisinin İvaylo Petev olacağını ilk dəfə futbolinfo.az saytı yazıb.