İspaniyanın "Sevilya" klubunun sabiq futbolçusu Joao Malek 10 il müddətinə həbs oluna bilər.
Sportnet.az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, 21 yaşlı hücumçu ötən yay vətəni Meksikada yol-nəqliyyat hadisəsinin səbəbkarı olub. Nəticədə öz avtomobilləri ilə qarşıdakı toyları münasibətilə gecəyə yollanan Mariya Fernanda Penya - ALexandro Kastro cütlüyü dünyasını dəyişib. İstintaq müddətində futbolçu nəzarət altında olub.
Vəfat edənlərin qohumları Malekin icazə verilən həddən 35 km/saat artıq sürətlə hərəkət etdiyinə və içkinin təsiri altında olduğuna dair sübutları bu yaxınlarda təqdim ediblər. Günahı sübuta yetirilsə, gənc forvardı 10 il həbsxana cəzası gözləyir.
Qeyd edək ki, Joao Malek Meksikanın ən perspektivli futbolçularından sayılır. Müqavilə üzrə "Santos Laquna"ya məxsus futbolçu əvvəllər "Sevilya"dan başqa Portuqaliya "Portu"sunda da çıxış edib.