"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev humanitar və ədəbi fəaliyyəti dövründə qazandığı mükafatlardan ən dəyərlilərini sadalayıb.
Sportnet.az-ın məlumatına görə, xalq yazıçısı futbol sahəsində əldə etdiyi medalları da bu sıraya qoyub. "Rəhbərlik etdiyim "Neftçi"nin dörd medalı məndədir. Ümidvaram ki, onların arasında qızıl medal da olacaq".
Bundan başqa Abdullayev Avrasiya məkanında Lenin mükafatına əvəzləyici sayılan ali "Dostluq Ulduzu" mükafatı, 2019-cu ildə əldə etdiyi Şərəf Ordenini və daha əvvəl layiq görüldüyü Şöhrət Ordenini göstərib.
Qeyd edək ki, Çingiz Abdullayev 31 mart 2015-ci ildən "Neftçi"nin Müşahidə Şurasının sədridir. Onun dövründə "ağ-qaralar" Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümündə bürünc, 2018/2019 mövsümündə gümüş medal qazanıb. Eyni zamanda flaqman Azərbaycan Kubokunda 2014/2015 və 2015/2016 mövsümlərinin finalçısı olub. Abdullayev 4 medal deyərkən, finalda uduzanlara verilən medalları da nəzərdə tutub.