
Argentina millisinin sabiq futbolçusu Ernan Krespo ölkənin "Defensa və Xustisiya" komandasına baş məşqçi təyin olunub.
Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytı sözləşmənin detallarını açıqlamayıb.
Qeyd edək ki, "Defensa və Xustisiya" 16 oyundan 21 xalla 16-cı yerdə gedir. Turnir cədvəlinə "River Pleyt" başçılıq edir. Ernan Krespo hazırkı liderin yetirməsi sayılır. O, karyerası ərzində İtaliyanın "Parma", "Latsio", "İnter", "Milan" və "Cenoa", eləcə də İngiltərənin "Çelsi" klublarında çıxış edib. Ümumilikdə 17 kubok əldə etmiş Krespo 2015-ci ildən İtaliyanın "Modena" və Argentinanın "Banfild" komandalarının baş məşqçisi olub.