
“Sumqayıt” komandası 2 günlük istirahətin ardından “Neftçi” ilə Azərbaycan Premyer Liqasının XV tur oyununun hazırlıqlarına start verib.
Sportnet.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv “Kapital Bank Arena”da məşqə çıxıb. Şəhriyar Əliyev və Vüqar Mustafayev zədə səbəbindən məşqdə iştirak etməyib.
Məşqin ilk 30 dəqiqəsində fitness zalında fiziki gücün artırılması yönündə hazırlıqlar olub. Daha sonra isə meydançada müxtəlif toplu çalışmalar həyata keçirilib.
Qeyd edək ki, fevralın 1-də "Bakcell Arena"da keçiriləcək “Neftçi” – “Sumqayıt” qarşılaşması saat 17:30-da başlanacaq. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.