Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu dəfə Yunanıstan Futbol Federasiyasından dəvət gəlib.
FİFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan superliqasının 22-ci turu çərçivəsində keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Qeyd edək ki, fevralın 2-də keçiriləcək "Panatinaikos" – PAOK oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.