
Sabah” daha bir futbolçu ilə müqavilə bağlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paraqvaylı hücumçu Xulio Rodrigeslə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Karyerası ərzində Argentinanın “Defensa”, “Berasateqi”, “Qodoy Kruz”, “Atletiko Union”, “Arsenal”, Meksikanın “Dorados de Sinaloa”, Paraqvayın “Deportivo Kapiata” klublarında çıxış etmiş 29 yaşlı forvardın son komandası “Zirə” olub.
Qeyd edək ki, Xulio Rodriges qış fasiləsində komandaya qoşulan üçüncü futbolçudur. Paraqvaylı hücumçudan öncə Mario Marina, Marko Deviç və Yevgeni Koçukla müqavilə bağlanmışdı.