
"Zirə” Azərbaycan Premyer Liqasında oynadığı müddətdə 5-ci dəfə qış fasiləsindən sonra mübarizəni evdə davam etdirəcək.
Sportnet.az xəbər verir ki, XV turda evdə “Sabah”ı qəbul edəcək komanda ötən ilə də bu rəqiblə matçla start vermişdi. Həmin vaxt qeydə alınan 0:2 hesablı məğlubiyyət “Zirə”nin qış fasiləsindən sonrakı ilk oyunlarda aldığı yeganə məğlubiyyətdir.
Digər üç mövsümdə komanda yeni ilə xalla başlayıb. 2016-cı ildə “İnter” (indiki “Keşlə), bir il sonra AZAL-ı qəbul edən “qartallar” hər iki görüşdə eyni – 2:1 hesabı ilə qalib gəlib. 2017/18 mövsümünün ikinci yarısı isə heç-heçə ilə başlayıb. “Zirə” “Sumqayıt”la qollu sülhə imza atıb.
Qeyd edək ki, əvvəlki 4 ildə olduğu kimi komandamız yenə fasilədən sonrakı ilk qarşılaşmasını evdə keçirəcək.
Qış fasiləsindən sonrakı ilk oyunlar
31.01.2016. “Zirə” – “İnter” – 2:1
29.01.2017. “Zirə” - AZAL – 2:1
10.02.2018. “Zirə” – “Sumqayıt” – 1:1
02.02.2019. “Zirə” – “Sabah” – 0:2