"Elazığspor" klubu zəlzələyə görə II Liqadan çəkilmək üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.
Sportnet.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, əyalət təmsilçisinin istəyi qəbul olunub.
Qeyd edək ki, yanvarın sonlarında Elazığda 6,8 bal gücündə zəlzələ baş verib. Son məlumata əsasən zəlzələ nəticəsində 40-dək insan dünyasını dəyişib.