
"Sabah" klubunun futbolçusu Təmkin Xəlilzadə cəzalı duruma düşüb.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XVI tur matçında sarı vərəqə alıb. Çempionatda dördüncü dəfə xəbərdarlıqla üzləşən Xəlilzadə limiti aşıb. O, növbəti turda "Sumqayıt"la səfər oyununu buraxmalı olacaq.
Qeyd edək ki, Təmkin Xəlilzadə əvvəlki sarı vərəqələrini I turda "Neftçi" ilə səfər(1:1), V və XI turlarda "Sumqayıt"la səfər (0:1) və ev (1:3) oyunlarında alıb.