Azərbaycanın millisinin futbolçusu Renat Dadaşovun qolu İngiltərənin "Vulverhempton" klubunda ayın ən yaxşı qoluna namizəd olub.
Sportnet.az-ın məlumatına görə, 21 yaşlı hücumçunun U-23-ün heyətində "Liverpul"un qapısından keçirdiyi top yanvar ayının ən yaxşı qolu hesab oluna bilər.
Qeyd edək ki, Renat Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. Ayın iddiaçılar siyahısında əsas komanda, U-23, U-18 və qadınlardan ibarət komandanın futbolçularının da dəqiq zərbələri yer alıb.