
Azərbaycan I Divizionda XV tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə "Sabah-2" növbəti qələbəsini səfərdə "Zirə-2" üzərində qazanıb.
"Zaqatala" - "Qarabağ-2" matçında isə bərabərlik qeydə alınıb. Qonaqların qolunu Musa Qurbanlı vurub. Bununla da qollarının sayını 14-ə çatdıran Qurbanlı ən yaxın izləyicisindən 3 top aralanıb.
I Divizion, XV tur
14 fevral (cümə)
14:00. “Zirə-2” – “Sabah-2” - 1:2
Qollar: Bəxtiyar Həsənalızadə, 86 - Zahid Mərdanov, 45+3 (p.). Fərid Kərimzadə, 77
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Elmin Süleymanov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
“AZAL Arena”
14:00. “Zaqatala” – “Qarabağ-2” - 1:1
Sərxan Abdullayev, 80 - Musa Qurbanlı, 12 (p.)
Hakimlər: Rauf Cabarov, Taleh Məmmədov, Səbuhi Əmrahov, İslam Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zaqatala şəhər stadionu
13 fevral (cümə axşamı)
14:00. “Kəpəz”– “Keşlə-2” - 3:3
Qollar: Tural Qürbətov, 34; 68. Ümid Səmədov, 43 – Elmir Rəhimzadə, 11 (pen); 90+5. Pərviz Azadov, 64
Hakimlər: Vüqar Həsənli, Zöhrab Abbasov, Elman Kərimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Gəncə şəhər stadionu
14:30. “Neftçi-2” – “Sumqayıt-2” - 4:0
Qollar: Vüsal Əsgərov, 25. İsmayıl Zülfüqarlı, 47. İlyas İlyasov, 66 (öz qap.). Muxtar Əliyev, 68
Qırmızı vərəqə: Eldost Qiyasbəyli, 78 (“Sumqayıt-2”)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“AZAL Arena”
14:00. “Qaradağ Lökbatan” – “Turan Tovuz” - 1:2
Qollar: Rüstəm Nuriyev, 55 (öz qap.) – Fərid Məmmədov, 14. Aqşin Muxtaroğlu, 27
Qırmızı vərəqə: Əzəmət Ələkbərli 90+5 (“Turan Tovuz”)
Hakimlər: Namiq Bəkirov, Akif Əmirəli, Ruslan Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
Qeyd edək ki, bu tur MOİK komandası istirahət edib. “Ağsu” komandası turnirdən kənarlaşdırıldığı üçün “Səbail-2”yə texniki qələbə verilib.