İngiltərənin "Mançester Siti" klubu daha bir cəza ilə üzləşə bilər.
Sportnet.az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "şəhərlilər" 2014-cü ildə qazandığı çempionluq titulundan məhrum olunma təhlükəsi ilə üzləşib.
Daha əvvəl İngiltərə Premyer Liqası rəhbərliyi klubun UEFA-ya təqdim etdiyi lisenziyalaşdırma göstəricilərinin çempionat üçün verdikləri ilə üst-üstə düşməməsi səbəbindən xallarının silinmə cəzasının mümkünlüyünü açıqlayıb. Hazırkı mövsümdə Xosep Qvardiolanın baş məşqçi olduğu kollektivdən xal silinməsinə gərək olmadığı bildirilir. Çünki maliyyə maxinasiyalarına 2012 - 2016-cı illərdə yol verilib. Həmin dövrdə "Mançester Siti" 2 dəfə - 2011/2012 mövsümündə vurulan-buraxılan topların fərqində "Mançester Yunayted"i, 2013/2014 mövsümündə isə 2 xallıq fərqlə "Liverpul"u qabaqlayaraq, çempion olub.
Hələlik klub rəhbərliyinin öz itkilərini örtmək üçün 2012-ci ilin hansı bölümündə sponsor müqavilələrində fırıldaqçılığa yol verdiyi məlum deyil. Ona görə də bu titul sual altındadır. Lakin 2014-cü il çempionluğunun məhz həmin dövrə düşdüyü dəqiqdir.
Qeyd edək ki, daha əvvəl "Mançester Siti" maliyyə "feyr-pley"ini pozduğu üçün avrokuboklarda iştirakdan 2 il müddətinə məhrum edilib.