
"Qarabağ"ın bazasında Azərbaycanın qan yaddaşının səhifələrindən olan Xocalı faciəsinin 28-ci ildönümünə dair tədbir keçirilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl bu gün komanda ilə görüşüb.
Görüş faciə qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.
Daha sonra T.Gözəl həm Azərbaycan, həm də ingilis dillərində 28 il bundan əvvəl baş verən Xocalı faciəsi haqqında ətraflı danışıb və futbolçulara geniş məlumat verib.