
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə cütlərin tərkibi müəyyənləşib. Türkiyə təmsilçisi "Başakşehir" Danimarka "Kopenhagen"inə rəqib olub. Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə "Vulverhempton"u isə Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək.
1/8 final mərhələsində görüşəcəklər:
"Başakşehir" (Türkiyə) - "Kopenhagen" (Danimarka)
"Olimpiakos" (Yunanıstan) - "Vulverhempton" (İngiltərə)
"Reyncers" (Şotlandiya) - "Bayer" (Leverkusen, Almaniya)
"Volfsburq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
"İnter" (İtaliya) - "Xetafe" (İspaniya)
"Sevilya" (İspaniya) - "Roma" (İtaliya)
"Ayntraxt" (Frankfurt, Almaniya) / "Zaltsburq" (Avstriya) cütünün qalibi - "Bazel" (İsveçrə)
LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə)
Qeyd edəki ki, 1/8 final mərhələsində ilk oyunlar martın 12-də, cavab görüşləri isə martın 19-da olacaq.
--------------------------
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasimə 1/16 final mərhələsini adlayan komandalar qatılacaqlar. Onlardan 15-i artıq müəyyənləşdiyi halda, sonuncu vəsiqənin sahibi təxirə salınmış cavab görüşünün yekununda bəlli olacaq.
Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
1/8 final mərhələsinin iştirakçıları:
"Bazel" (İsveçrə)
"Kopenhagen" (Danimarka)
"Xetafe" (İspaniya)
"İnter" (İtaliya)
"Başakşehir" (Türkiyə)
LASK (Avstriya)
"Bayer" (Leverkusen, Almaniya)
"Mançester Yunayted" (İngiltərə)
"Olimpiakos" (Yunanıstan)
"Reyncers" (Şotlandiya)
"Roma" (İtaliya)
"Sevilya" (İspaniya)
"Şaxtyor" (Donetsk, Ukrayna)
"Volfsburq" (Almaniya)
"Vulverhempton" (İngiltərə)
"Ayntraxt" (Frankfurt, Almaniya) / "Zaltsburq" (Avstriya) cütünün qalibi
1/8 final cütlərinin tərkibi kor püşk nəticəsində müəyyənləşəcək. Yəni, püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərinə ayrılmayacaq, eyni ölkə təmsilçilərinin bir-biri ilə düşmələrinə heç bir məhdudiyyət qoyulmayacaq.
İlk oyunlar martın 12-də, cavab görüşləri martın 19-da olacaq.