
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunları keçirib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə “Keşlə”nin eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 3:1 hesablı qələbə qazanıb. U-19-un qollarını Rüfət Əhmədov, Samir Məhərrəmli və Camal Cəfərov vurub.
Bu gün isə “Neftçi-2” ilə keçirilmiş görüş U-19-un məğlubiyyəti ilə yekunlaşıb - 1:2. Yığmadan Camal Cəfərov fərqlənib.