
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin son cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, əlverişsiz hava şəraiti üzündən təxirə salınmış matçda "Zaltsburq" Avstriyada Almaniyanın "Ayntraxt" (Frankfurt) komandası ilə üz-üzə gəlib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. İlk matçda "Ayntraxt" 4:1 hesabı ilə qalib gəldiyi üçün növbəti mərhələyə yüksəlib.
Frankfurt təmsilçisi 1/8 finalda İsveçrə "Bazel"i ilə qarşılaşacaq. İlk matç martın 12-də Almaniyada, cavab görüşü isə martın 19-da İsveçrədə olacaq.