
İyunun 12-də start götürəcək futbol üzrə Avropa çempionatına 100 gün qalır.
Sportnet.az-ın məlumatına görə, bununla əlaqədar UEFA-nın rəsmi saytı iştirakçı milli komandaların heyətində 100 oyun həddini keçən futbolçuların siyahısını dərc edib. Siyahıda Türkiyə millisinin kapitanı Emre Belözoğlu da yer alıb.
100 oyun həddini keçən futbolçular:
1. Serxio Ramos (İspaniya) - 170 oyun
2. Kriştianu Ronaldu (Portuqaliya) - 164
3. Luka Modriç (Xorvatiya) - 127
4. Joao Moutinyo (Portuqaliya) - 121
5-6. Yan Vertongen (Belçika) - 118
5-6. Sebastyan Larsson (İsveç) - 118
7. Serxio Buskets (İspaniya) - 116
8. Uqo Lyoris (Fransa) - 114
9. Robert Levandovski (Polşa) - 112
10. Yakub Blaşikovski (Polşa) - 108
11-12. Pepe (Portuqaliya) - 108
11-12. Ştefan Lixştayner (İsveçrə) - 108
13-14. İvan Rakitiç (Xorvatiya) - 106
13-14. Eden Azar (Belçika) - 106
15. Aksel Vitsel (Belçika) - 105
16. Corco Kyellini (İtaliya) - 103
17. Emre Belozoğlu (Türkiyə) - 101
Bu say UEFA Millətlər Liqasının pley-off mərhələsi vasitəsilə vəsiqə şanslarını qoruyan komandaların futbolçuları Marek Hamşik (Slovakiya, 120 oyun), Stiven Devis (Şimali İrlandiya, 117), Balaj Cucak (Macarıstan, 108), Qoran Pandev (Şimali Makedoniya, 108) və Edin Ceko (Bosniya və Herseqovina, 108) hesabına arta bilər.
Qeyd edək ki, AVRO-2020 iyulun 12-dək davam edəcək. A qrupunun 3 oyunu və 1/4 final qarşılaşmalarından 1-i Bakı Olimpiya Stadionunda təşkil olunacaq.