İtaliyanın "İnter" klubunun əfsanəfi futbolçusu Sandro Mazzola ölkələrində yayılan koronavirus epidemiyası ilə bağlı açıqlama verib.
Sportnet.az "Il Giornale" nəşrinə istinadən xəbər verir ki, 78 yaşlı sabiq hücumçu İtaliyada çıxış edən oyunçuların maaşlarının bir hissəsini koronavirusla mübarizəyə bağışlamalı olduqlarını söyləyib: "İtaliya ciddi dövrdən keçir. Koronavirusla mübarizədə birlikdə olmalıyıq. Ümid edirəm ki, futbolçular maaşlarının 5 faizini bağışlayarlar. Onlar azarkeşlərə nümunə olmalıdırlar".
Qeyd edək ki, Sandro Mazzola 1961 - 1977-ci illərdə Milan klubunda oynayıb. İtaliyada 197 nəfər koronavirusdan ölüb.