
"Keşlə" və "Qarabağ" arasındakı Azərbaycan Premyer Liqasının XX tur matçında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, uzatma dəqiqələrində meydan sahiblərinin futbolçusu İlkin Qırtımovun qonaqlardan Abdullah Zubirə qarşı kobud oynamasından sonra futbolçular arasında mübahisə düşüb.
Daha sonra Maqaye Qeye də məsələyə qarışıb. Digər oyunçuların müdaxiləsindən sonra ara sakitləşib. Görüşün baş hakimi Əliyar Ağayev hər üç futbolçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.