
AFFA Şamaxı şəhər stadionunun yenidən qurulması işləri ilə bağlı tender elan edib.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, stadionun örtüyü süni olacaq, tribunaların altında soyunub-geyinmə otaqları tikiləcək.
Həmçinin, stadion ərazisində qazanxana, nasosxana, yarımstansiya və gözətçi binası tikiləcək, su çəni və generator qoyulacaq, müxtəlif santexnika işləri görüləcək.
Qeyd edək ki, stadionun bu il ərzində yenidən qurulması nəzərdə tutulub.