"Keşlə" Futbol Akademiyasının bütün məşqlərinin təxirə salınma müddəti martın 27-dək uzadılıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu addım koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə atılıb.
Daha əvvəl məşqlər martın 10-dək təxirə salınmışdı.