AFFA İntizam Komitəsi (İK) futzal üzrə Yüksək Liqada çıxış edən "Premier Quba” komandasında 0:5 hesablı texniki məğlubiyyət verib.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, səbəb bölgə təmsilçisinin “Neftçi” İK ilə görüşə təyin olunan vaxtda çıxmamasıdır.
İK İkinci Liqa təmsilçisi “Baker Hughes”in oyunçusu Dair Məhəmmədova 3 oyunluq cəza kəsib. O, “Borçalı” ilə görüşdə nalayiq ifadə işlətdib. “Baku Fire-3”ün futzalçısı Ramal Əhmədov isə 4 oyunluq cəza alıb. Əhmədov “Hövsan”la görüşdə hakimlər briqadasını təhqir edib.