Azərbaycan milli komandasının futzalçısı Tiaqo Bolinya Rusiyada komandasını dəyişib.
Sportnet.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Braziliya əsilli oyunçu "Tümen" klubuna keçib.
Buna qədər Norilskin "Nikel" komandasında çıxış etmiş hücumçu Rusiya çempionu ilə mövsümün sonuna qədər anlaşıb.
O, yeni komandasına apreldə keçiriləcək UEFA Çempionlar Liqasının "Dördlər finalı"nda kömək edəcək.