Cənubi Amerika zonasında 2022-ci il dünya çempionatının seçmə oyunları koronavirus səbəbindən təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, bu qərarı FIFA Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) ilə məsələhətləşmələrdən sonra qəbul edib. 22 - 31 martda keçirilməsi planlaşdırılan görüşlər daha gec tarixlərə ertələnib.
Qeyd edək ki, DÇ-2022 Qətərdə təşkil olunacaq. Mundial ilk dəfə yayda yox, noyabr-dekabr aylarında keçiriləcək.