Türkiyə Superliqasının qarşıdakı turlarının oyunları koronavirus pandemiyasına görə qeyri-müəyyən tarixədək təxirə salınıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Fedetariasyası (TFF) qərar qəbul edib.
TFF-nin yaxın saatlarda rəsmi açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, daha əvvəl oyunların azarkeşsiz keçirləcəyi açıqlanmışdı.