
UEFA 17 mart toplantısında AVRO-2020-nin bu ilin dekabrına təxirə salınma məsələsinə baxacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə "The Telegraph" nəşri xəbər yayıb.
Bildirilir ki, belə bir təxirəsalınma təsdiqlənsə, bu, Avropada koronavirus epidemiyası ilə əlaqədar təxirə salınmış milli çempionatları başa vurmağa imkan verəcək.