
İspaniyanın "Valensiya" klubunda koronavirusa 5 yoluxma halı qeydə alınıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, testi müsbət nəticələnən oyunçular və məşqçilər heyətinin üzvləri əsas komandadandır.
Onların adları açıqlanmasa da, hamısının karantində olduqları və simptomlarının ciddi təhlükə törətmədiyi bildirilir.
Qeyd edək ki, daha əvvəl "Valensiya"nın müdafiəçisi Esekyel Qarayın koronavirusa yoluxduğu müəyyənləşib. Eyni zamanda klubun tibb heyətinin əməkdaşından da bu virusun tapıldığı bildirilib.