"Səbail"in qapıçısı Aleksandr Rıbka "Footboom"a müsahibəsində Azərbaycanda koronavirus infeksiyası şəraitində olan durumdan danışıb. Sportnet.az-ın məlumatına görə, ukraynalı qolkiper hazırda gözləmə mövqeyində olduqlarını bildirib...
- Bizə 4-5 günlük istirahət verilib. UEFA-nın qərarını gözləyirlər. Yalnız bundan sonra hər şey həllini tapacaq. Vəziyyət aydınlaşmayıb, gözləmə rejimindəyik. Məşq etməyimizə qadağa qoyublar. Bu səbəbdən, evimizdə oturmuşuq.
- Klubda hansısa prosedurdan keçmisiniz?
- Xeyr, heç bir belə hal olmayıb. Bizə yalnız küçəyə az-az çıxmağı məsləhət görüblər. Məişət baxımından hazırkı vəziyyət Ukraynadakı kimidir: hər şey bağlanıb. Hava limanı hələlik yarım qüvvə ilə işləyir. Hərçənd, bir-iki günə ümumiyyətlə fəaliyyət göstərməyəcəyini deyirlər. Restoranlar, kafelər - hamısı bağlanır. Marketlər, yanacaqdoldurma məntəqələri və apteklər standart rejimdə işləyirlər.
- Hər hansı çatışmazlıq var?
- Mən onu hiss etməmişəm. Marketlərdə hər şey var.
- Karantində yaşamaq necədir?
- Əlbəttə, pis. Evdə faktiki divana bağlı vəziyyətdə oturursan. Yerində oturmaq hər zaman çətindir. Əlbəttə, hazırda dünyada hamı belə vəziyyətdədir. İstərdim ki, bu, tezliklə başa çatsın.
- Ukraynaya qayıtmaq fikriniz var?
- Sözsüz ki, evdə ailəmin yanında olmaq istərdim. Lakin hazırda bunu necə etməli olduğumu, açığı, başa düşmürəm.