
Uels milli komandasının baş məşqçisi Dayan Giqqz UEFA-nın AVRO-2020-ni koronavirus pandemiyası ilə əlaqədar təxirə salmasına dair qərarını şərh edib.
Sportnet.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis bunu düzgün addım kimi qiymətləndirib.
"UEFA 100 faiz doğru qərar qəbul edib. Milli komandaların baş məşqçiləri üçün Avropa çempionatının təxirə salınması hazırlıq planı baxımından çətindir. Amma başqa çıxış yolu yoxdur. İnsanların sağlam həyatı şəraitində biz futbol və çempionat barədə düşünərik" deyə Giqqz bildirib.
Qeyd edək ki, Avropa çempionatı bu il 12 iyun - 12 iyulda keçirilməli idi. Yeni qərara əsasən, yarış 2021-ci il iyunun 11-dən iyulun 11-dək davam edəcək. Uels A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.