
İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqanın koronavirus pandemiyası ilə əlaqədar dayandırılması səbəbindən ciddi pul itkisi ilə üzləşən klublara maliyyə yardımı etməyə hazırdır.
Sportnet.az-ın məlumatına görə, bu barədə RFEF-in prezidenti Luis Rubiales açıqlama verib. O, La Liqa rəhbərliyinin istəyi əsasında bu məsələni müzakirə edəcəklərini bildirib: "Biz 500 milyon avro kredit xətti üzərində işləyirik".
Daha əvvəl Almaniya Bundesliqasında 4 klub ehtiyacı olan digər komandalara 20 milyon avro ayırıb. İngiltərə Premyer Liqası klublarının isə oyunçularından əmək haqlarında 50 faiz endirim xahişi edə biləcəkləri məlum olub.