Polşa futbol ittifaqı ölkə çempionatının dayandırılması ilə əlaqədar qaçılmaz itkilərlə üzləşən klublara kompensasiya ödəyəcək.
Sportnet.az-ın məlumatına görə, qurum ziyanın bir hissəsini qarşılamağa söz verib. Polşa futboluna yardımın ümumi məbləği 116 milyon zlota (təqribən 48 milyon manat) təşkil edəcək.
Qeyd edək ki, daha əvvəl FIFA-nın klublar və milli assosiasiyalar üçün koronavirus pandemiyası ilə əlaqədar itkilərə görə kompensasiya fondu yaratmağı planlaşdırdığı bildirilib. Polşada hazırda 1289 koronavirus xəstəsi var. Onlardan 16-sı dünyasını dəyişib.